"Arsenal"ın futbolçusu Maks Douman Çempionlar Liqasında meydana çıxan ən gənc oyunçu kimi turnirin tarixinə düşüb. Sport24.az xəbər verir ki, ingiltərəli vinger turnirin ümumi mərhələsinin 4-cü turunda "Slaviya" ilə oyunda forma geyinmək şansı qazanıb.
O, 15 yaş 308 günlük olarkən 72-ci dəqiqədə Leandro Trossardı əvəzləyib.
Qeyd edək ki, Douman bu göstəricidə Yuşufa Mukokonu geridə qoyub. Almaniyalı futbolçu Çempionlar Liqasında 16 yaş 18 günlüyündə debüt edib. "Barselona"nın ulduzu Lamin Yamal isə bu turnirdə ilk oyununu 18 yaş 68 günlük olanda keçirib.