"Cavid Hüseynovun təyinatını çox uğurlu hesab edirəm".
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov deyib.
O, Cavid Hüseynovun "Səbail"in baş məşqçi postuna təyinatını dəyərləndirib. 2022-ci ildə bu klubu çalışdırmış mütəxəssis bildirib ki, millinin sabiq üzvü işinin öhdəsindən gəlmək gücündədir: "Cavid futbolçu kimi də uğurlu karyeraya malik olub. İnanıram ki, baş məşqçi kimi bu işin öhdəsindən gələ biləcək. Bacarıqlı insandır. Baş məşqçi kimi təcrübəsi var. Bir dönəmlər "Şamaxı"da çalışıb. Bu baxımdan düşünürəm ki, yaxşı olacaq. Ona işlərində uğurlar arzu edirəm".
Qeyd edək ki, buna qədər "Turan Tovuz"da məşqçi kimi çalışan Hüseynovla 2025/2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Banuçiçək Hüseynli
İdman.biz