top
Mahmud Qurbanov: Qarabağ üçün Ayntraxt oyunu hər şeyi həll edəcək Idman.biz
17 yanvar 2026, 17:47
- ↺ +

Mahmud Qurbanov: "Qarabağ" üçün "Ayntraxt" oyunu hər şeyi həll edəcək

"Qarabağ" - "Ayntraxt" arasında Çempionlar Liqasının əsas mərhələsinin oyunu təkcə azərbaycanlı azarkeşlər deyil, yerli futbol mütəxəssisləri arasında da böyük maraq doğurur. Çünki indiyədək 7 xal toplamış ağdamlılar üçün bu görüş faktiki olaraq pley-off mərhələsinə vəsiqə qazanmaq baxımından son şansdır. Komandanı qarşıda "Liverpul"la səfər oyunu gözləyir və ən qatı optimistlər belə həmin matçda klubumuzun uğur qazanacağına çətinliklə inanırlar. Bəs "Qarabağ" Frankfurt klubunu məğlub edərək Avropanın ən güclü 24 komandası sırasına düşə bilərmi?

Bu suallarla İdman.Biz futbol veteranı, Azərbaycan çempionatının on ikiqat qalibi Mahmud Qurbanova müraciət edib.

"Düşünürəm ki, hazırda hər şey "Qarabağ"ın öz əlindədir. Komanda qalib gəlsə, 10 xalla son turda "Liverpul"la oyunun nəticəsindən asılı olmayaraq Çempionlar Liqasında mübarizəni davam etdirməyi faktiki olaraq təmin edəcək. Heç-heçə olarsa, şanslar çox az da olsa qalacaq. Məğlubiyyət halında isə, təəssüf ki, turnirlə vidalaşmaq lazım gələcək.

Komanda öz meydanında oynayır ki, bu da böyük üstünlükdür. Amma "Ayntraxt" da hazırda Bundesliqada çıxış etdiyi üçün oyun ritmindədir, bizim çempionatda isə hələ də qış fasiləsi davam edir.

Almanları məğlub etmək son dərəcə çətin olacaq, amma mümkündür və hamımız bunu istəyirik. Sonda növbəti mərhələyə keçmək alınıb-alınmayacağını bilmirəm, lakin yanvarın 21-də "Qarabağ"ın ən azı uduzmamaq gücü var", – deyə Mahmud Qurbanov bildirib.

Xatırladaq ki, "Qarabağ" – "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Oxşar xəbərlər