top
Mahmud Qurbanov: “Neftçi”də dəyişiklik vacibdir” - MÜSAHİBƏ İdman.biz
02 dekabr 2024, 12:03
- ↺ +

Mahmud Qurbanov: “Neftçi”də dəyişiklik vacibdir” - MÜSAHİBƏ

Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Mahmud Qurbanovun İdman.biz-ə müsahibəsi

- Misli Premyer Liqasında 15-ci turda Azərbaycan derbisində "Qarabağ" "Neftçi"ni 3:0 hesabı məğlub etdi. Oyunu necə dəyərləndirərdiz?
- Təbii ki, bu, turun mərkəzi oyunu idi. Avropa Liqasında "Lion"a məğlubiyyətindən sonra "Qarabağ"a qələbə qazanmaq vacib idi. Onların asanlıqla qələbə qazandığını deməzdim. "Qarabağ" "Neftçi"nin müdafiəsində olan səhvlərdən məharətlə istifadə etdi. Oyuna isə rəng qatan azarkeşlər oldu.

- Artıq 9 matçdır ki, "Qarabağ" "Neftçi"yə qalib gəlir. Oyunların əksəriyyətində ağdamlılar rəqiblərini böyük hesabla məğlub ediblər. Sizcə, bu dueldən Azərbaycan derbisi adını çıxmağın vaxtı deyil?
- Əfsuslar olsun ki, "Neftçi" bu gün "Qarabağ"la rəqabət aparacaq gücdə deyil. Əvvəllər bu oyuna maraq daha böyük idi. Çempionluq uğrunda mübarizə gedirdi. Amma son zamanlar "ağ-qaralar" uğurlu çıxış etmir. Yalnız 1 dəfə çempion oldular. Hər zaman "Neftçi" iddialı olub. Hamı bunu belə gördüyü üçün indi də bunun belə olmasını istəyir.

- Samir Abasovun baş məşqçi təyin olunmasından sonra "Neftçi"də hansısa dəyişiklik hiss olunur?
- Onun gəlişi ilə 9 oyunluq qələbəsizlik seriyasına son qoyuldu. Komanda xallar qazanmağa başladı. Bakılılarda istək var. Bu dəqiqə "Neftçi"yə baxımlı oyun yox, daha çox nəticə lazımdır. Xallar topladıqdan sonra oyunu da yaxşılaşdırmaq olar. İndi onlara yaxşı və ya pis oynamaq önəmli deyil.

- Sizcə, qış fasiləsindən sonra fərqli "Neftçi" izləyə biləcəyik?
- Qışda yəqin ki, dəyişikliklər olacaq. Bunu indidən demək çətindir. Amma düşünürəm ki, "Neftçi"də dəyişiklik vacibdir. Bunu etməlidirlər ki, avrokuboklara düşmək şansları olsun. Bütün mövqelərdə yeni, yaxşı futbolçulara ehtiyac var.

- "Neftçi" liderlərdən xal baxımından çox geri qalır. Onların turnir cədvəlində 8-ci pillədə olmasını nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq nə qədər real görünür?
- Təbii ki, bu mövsüm avrokuboklara vəsiqə qazanmaq "Neftçi" üçün uğur sayılacaq. Bunu da kubokda yaxşı çıxışla etmək mümkündür. Çempionatda isə liderlərlə müqayisədə xal fərqi çox olsa da, qışdan sonra klubların necə təsir bağışlayacağını indidən bilmək çətindir. Bu baxımdan hər şey mümkündür.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Bu gün, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Qarabağ FK
Bu gün, 20:46

Qarabağ baş məşqçisi Qurbanov: Futbolçuların məsuliyyət və matça yanaşmasına razıyam

Futbol
Bu gün, 20:39

Qalatasaray Alexey Batrakovun maaşını 6 milyon avroya çatdıraraq onu komandada saxlamağa hazırlanır

Qarabağ FK
Bu gün, 20:33

Turan Tovuz “Qarabağ”ı məğlub etdi: Liderlərlə mübarizədə uğur qazandı

Digər
Bu gün, 20:30

Azərbaycanın dopinqlə mübarizə təcrübəsi UNESCO proqramında Afrika ölkələrinə təqdim olundu

Futbol
Bu gün, 20:27

Coob Bellinqem ilk dəfə İngiltərə millisinə çağırılıb

Futbol
Bu gün, 20:24

Viktor Osimhen sol diz zədəsi səbəbindən bir müddət Qalatasaray'dan uzaq qalacaq

Futbol
Bu gün, 20:24

İngiltərənin üç nəhəng klubu "Milan"ın müdafiəçisi Koni de Vinter üçün mübarizədədir

Qarabağ FK
Bu gün, 20:15

“Qarabağ” – “Turan Tovuz”: “Azersun Arena”da müddətli qonaqların 0:1 hesablı qələbəsi

Voleybol
Bu gün, 20:11

Qarsda Zəfər Gününə həsr olunan voleybol turnirində İdman Elmləri Fakültəsi qalib oldu

Futbol
Bu gün, 19:58

Türkiyə millisinin Fransa və Belçika ilə oyunlar üçün heyəti açıqlandı

Futbol
Bu gün, 19:52

Bakı Olimpiya Stadionu Borussiya Dortmundun su ilə bağlı iddialarını təkzib edərək əlavə laboratoriya analizlərini açıqladı

Futbol
Bu gün, 19:44

Borussiya Dortmundun su keyfiyyəti iddiaları əsassızdır, Barselona narahat olmamalıdır

Futbol
Bu gün, 19:44

"Real Madrid" qapıçı Ziyon Suzuki üçün rekord cəbhə hazırlayır

Futbol
Bu gün, 19:28

Vikingin forvardı Erik Botheim 4:1 qalibiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 19:20

Portuqaliyanın ikinci divizion komandası Torreense Avropa Liqasında tarixi qələbə qazandı

Futbol
Bu gün, 19:00

La Liqa 12-ci tur: "Mərakeş"i başqa yerdə çəkin deyərək, "Real Madrid" Valensiya səfərində, liderlik uğrunda isə "Barselona" ilə "Atletiko" mübarizəsində

Digər
Bu gün, 18:44

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında Belarus və Rusiya komandaları birinci yeri tutublar

Voleybol
Bu gün, 18:37

Yusubov: Qızlar Özlərinə İnam Edə Bilməyirlər, Komanda Təcrübə Çatışmazlığı Var

Futbol
Bu gün, 18:29

UEFA "Səbahi"nin "Vikinqə" 4:1 hesabıyla məğlubiyyətini qeyd etti

Futbol
Bu gün, 18:28

Tomas Tuxel: İngiltərə millisinin UEFA Millətlər Liqasındakı bir nömrəli hədəfi birinci yeri tutmaq və Avro-2028-ə hazırlaşmaqdır

Digər
Bu gün, 18:15

Azərbaycan Atletika Federasiyası ERBC 2026-da Portuqaliyada iştirak edir

Futbol
Bu gün, 18:13

Bavariya Məşqçisi Kompanın Sağlamlığı İlə Bağlı Müsbət Gelişmə

Oxşar xəbərlər