top
Mahmud Qurbanov: Levski ilə matçın sonunda Sabahın müdafiəsində konsentrasiya itkisi yaşandı Report.az
08 avqust 2025, 15:56
- ↺ +

Mahmud Qurbanov: "Levski" ilə matçın sonunda "Sabah"ın müdafiəsində konsentrasiya itkisi yaşandı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində Bolqarıstanda "Levski"yə məğlub olan (0:1) "Sabah"ın müdafiə xəttində sona yaxın boşluqlar yaranmışdı.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.

Mütəxəssis rəqibin təzyiqi nəticəsində Bakı klubunun son dəqiqələrdə qol buraxdığını söyləyib:

"Sabah" minimal hesabla uduzmasına baxmayaraq, yaxşı təsir bağışladı. Güclü rəqibə qarşı həm müdafiədə, həm hücumda yaxşı oynadılar. Mübarizə apardılar. Rəqibə oynamağa imkan vermədilər. İstək çox, oyun da var idi. Hər iki hissədə qapıya zərbələr endirdilər, sürətli hücumları oldu. Mikelsin ikinci hissədə qol vurmaq şansı var idi. Komanda səhvsiz oynadı. Amma əlavə olunmuş dəqiqələrdə rəqib təzyiqi artırdıqca müdafiədə boşluqlar yaranırdı. "Sabah"ın cərimə meydançasına tərəf xeyli ötürmələr etdilər. Həmçinin müdafiəçilər rəqibin oyunçularını diqqətdən qaçırırdılar. Bir neçə epizodda qapıçı Stas Pokatilov komandanı qoldan xilas etdi. Düşünürəm ki, dünən ən yaxşı oyunçu "Sabah"ın qapıçısı idi. Sadəcə, son dəqiqlərdə qol buraxdılar. Məncə, Bakıdakı oyunda növbəti mərhələyə çıxmaq şansları var".

O, "Levski"nin güclü komanda olduğunu vurğulayıb:

"Hər il komandalar yenilənir, futbol daha da sürətlənir. Hər oyunun öz tarixçəsi olur. Ona görə də keçmişlə əlaqələndirmək düzgün olmaz. Nəsillər, məşqçilər dəyişir. İndi futbol daha sürətlidir. Ancaq bəlli olan odur ki, "Levski" güclü komandadır. Xüsusən də kapitanlarını qedy edərdim. Sağ cinahda oynayan solaxay futbolçuları da təhlükəli idi".

M.Qurbanov sonda buraxılan qolun yorğunluqla əlaqədar olmadığını düşünür:

"Komandada yalnız 90-cı dəqiqədən sonra boşluqlar yaranmağa başladı. Bunun yorğunluqla bağlı olduğunu deməzdim. Sadəcə, oyunun sonlarına yaxın "Sabah"ın futbolçuları konsentrasiyanı itirdilər. Rəqib güclü təzyiq edirdi. Amma bu məqama qədər müdafiədə kobud səhvə yol verməmişdilər".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 14-də Masazırdakı "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Oxşar xəbərlər