Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya II Bundesliqasında növbəti oyuna çıxacaq. Sport24.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Kayzerslautern"i qəbul edəcək.
Matça saat 21:30-da start veriləcək.
"Nürnberq" 11 turdan sonra 17 xalla 6-cı sıradadır. Mahir II Bundesliqada 4 oyunda 3 qol vurub.