top
Mahir Şükürov Neftçidə kapitanlıq seçiminə etiraz etdi Idman.biz
15 avqust 2025, 17:02
- ↺ +

Mahir Şükürov "Neftçi"də kapitanlıq seçiminə etiraz etdi

"Kenan Piriçdən əvvəl komandada çıxış edən yerli oyunçular var. Yəqin, onlar kapitanlığa layiq görülmədikləri üçün bir-iki gündür komandaya gələn futbolçuya sarğı həvalə ediblər".

İdman.biz xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında veteran futbolçu Mahir Şükürov "Neftçi"də kapitanlıq seçimi barədə qərara münasibət bildirərkən deyib.

Həmin qərara əsasən, yarımmüdafiəçi Emin Mahmudov əsas kapitan, qapıçılar Emil Balayev və Kenan Piriç vitse-kapitanlar seçilib.

"Neftçi"nin sabiq lideri vitse-kapitanlığın komandanın yeni transferlərindən olan Bosniya və Herseqovina millisinin qolkiperinə verilməsini doğru qərar hesab etməyib: "Deməli, azərbaycanlı futbolçulardan lider olan yoxdur ki, legionerə kapitanlıq sarğısını tapşırıblar. Xarici oyunçu olsa belə, ən azı bu klyubda 3-4 il oynamalıdır ki, kapitanlıq sarğısını daşıya bilsin. Bizim vaxtımızda o boyda Flavinyoya kapitanlıq vermirdilər. Mən "Neftçi"yə yeni keçmişdim, kapitalığı Elvin Yunuszadəyə tapşırmışdılar. Halbuki o, daha öncədən komandada oynayırdı. Həmin vaxt Rəşad Sadiqov meydana çıxmırdı, azərbaycanlılar arasından Yunuszadəni seçmişdilər. Bizim vaxtımızla indiki arasında yerlə-göy qədər fərq var. Dünən gələn bir oyunçuya kapitanlıq verilməsi, bilmirəm, nə qədər doğrudur. O halda verilər ki, Avropada ad-sanlı klubda çıxış etsin, böyük karyeraya malik olsun. Onu gətirib kapitan edirlər ki, komandanı arxasınca daşısın, yəni klubun planlarına uyğun hərəkət etsin. Hər halda, bu, Samir Abasovun qərarıdır. Yəqin elə istəyib, elə də edib".

Şükürov sarğının yenidən Emin Mahmudova qaytarılmasını gecikmiş qərar hesab edib: "Samir Abasov ilk gəldiyi gündən bu qərarı verməli idi. Ona görə ki, böyük-kiçik var. Götürdü, cavan qapıçıya həvalə etdi. Ondan əvvəlki baş məşqçi, yəni Roman Qriqorçukun futbolçu və ya rəhbərliklə hansısa problemi olub, dəyişdirib. Gərək Abasov "Neftçi"yə gələn kimi kapitan sarğısını verərdi".

"Ağ-qaralar"ın sabiq kapitanı gənc qolkiper Rza Cəfərovun lider seçilməsini də yanlış addım hesab edib: "Kapitanlığın onda qalması doğru olmazdı. Cavan oyunçunun kapitan sarğısını daşımasının əleyhinəyəm. Çünki püxtələşmiş futbolçu lazımdır ki, komandada söz sahibi olsun".

Qeyd edək ki, Mahir Şükürov 2006-cı ilin iyulundan 2007-ci ilin iyulunadək, 2012-ci ilin iyulundan 2014-cü ilin avqustunadək və 2016-cı ilin oktyabrından 2017-ci ilin iyulunadək "ağ-qara" formanı geyinib. O, karyerasını "Neftçi"də başa vurub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 14:12

Azərbaycanın birincisi tramplindən xizəklə tullanma idmançısı: Qorxunu yenib, fərqli reaksiya verir

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:57

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Futbol
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Hadisə şişirdilib, heç kimə fiziki zor tətbiq etməmişəm”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Oxşar xəbərlər