top
Mahir Şükürov: AFFA camaatı aldadır, inkişaf yoxdur Idman.biz
17 noyabr 2025, 16:22
- ↺ +

Mahir Şükürov: AFFA camaatı aldadır, inkişaf yoxdur

"Meydana veteran futbolçularla çıxsaydıq, elə arxada dayansaydıq, biz də eyni hesabla uduzardıq. Məğlub olsaq da, komanda şəklində kombinasiya görmədik, heç ardıcıl beş ötürmə edə bilmədik. 90 dəqiqə müdafiədə oturduq. Fransa da sanki bura məşq etməyə gəlmişdi".

Bu sözləri Azərbaycan millisinin veteran futbolçusu Mahir Şükürov deyib.

Yığmanın DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzduğu matçı stadiondan izləyən 43 yaşlı mütəxəssis nəticələrin səbəbini belə izah edib:

"Bilirik ki, Fransanın bütün oyunçuları oynamırdı. İkinci heyətlə çıxmışdılar. Oyun 3:1 onların üstünlüyü ilə bitdi. Amma hesab baxımından belə qurtardıq. Camaatın başını aldatmasınlar. Heç bir inkişafdan söhbət gedə bilməz. İnkişaf varsa, klub səviyyəsində "Qarabağ"dadır. Başqa heç bir millinin aşağı yaşlarından əsasına qədər heç bir inkişaf yoxdur. Sadəcə, camaatın başını aldadırlar. Bu şeyləri görmüşük, illərdir bunu eşidirik. Bacarmırlarsa, heç danışıb baş aldatmasınlar. İnkişaf yoxdur, heç gözləməyə də ehtiyac yoxdur. Görürük də, aşağı yaş qruplarımız biri 1:5, digəri 1:6 və s. hesabla uduzurlar. Həmin yaş qrupları da zaman gələcək əsas milliyə, onlardan nə gözləyəsən?!", - deyə o, "teleqraf"a açıqlamasında deyib.

Şükürov Şahrudinin "Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur. Hamı deyir ki, niyə Abbas Hüseynov klubda oynamadığı halda millidədir?" fikrinə belə münasibət bildirib: "Mən neçə ay əvvəl, limit dəyişilən vaxt dedim ki, səhv addımdır. Ona görə ki, bütün klublar pul qazanmaq üçün legioner gətirəcək, dəllalığını edəcək, azərbaycanlı futbolçular isə kənarda qalacaq. Bu gün onun şahidi oluruq. Göstərsinlər ki, hansı klublar azərbaycanlı futbolçulara daha çox şans verir? Oynayan futbolçular da milliyə çağrılmır. Çağrılanlar "Qarabağ"dan Elvin, Nəriman, Toraldır. "Neftçi"də Emin Mahmudovdur. Götürüb limiti ləğv edərək azərbaycanlı uşaqları bədbəxt etdilər. Amma oynamayan uşaqlar harada oynasınlar?".

M. Şükürovun sözlərinə görə, Millətlər Liqasında ümidlənmək lazım deyil: "Heç bir ümidlənməyə ehtiyac yoxdur. Zaman keçdikcə millidə oynayan futbolçuların yaşının üstünə yaş gəlir. Onların da yerinə gələn futbolçu yoxdur. Bir-iki ildən sonra futbolçu qıtlığı olacaq. Ona görə də Millətlər Liqasına ümid bağlamasınlar. ML-i heç bir ölkə ciddiyə almır. Əsas ciddiyə alınan Avropa və Dünya çempionatlarıdır. Ona görə də nə qədər ki, AFFA-da futbolu bilməyən adamlar oturacaq, məşqçilər işləyəcək, belə də olacaq. Beləcə camaatı aldadacaqlar, axırı da belə nəticəsizlik olacaq".

Veteran futbolçu qeyd edib ki, Ayxan Abbasov işlədiyi müddətcə belə nəticələrlə qarşılaşacaq: "Ayxan bu yükü boynuna alıb orada işləyir. Bir müddət keçəcək, bəzi insanlar Ayxanı da daş-qalaq edəcək. Material olmayandan sonra istəyirsiniz Qvardiolanı, kimi gətirirsiniz gətirin, mümkün deyil. Baxırsan, bütün ölkələr irəliyə gedir, biz geriyə gedirik. 19 yaşda deyirik cavandır, 25 yaşda deyirik, bunun vaxtı keçib, 30-da deyirik ki, qocalıb. Camaat 18 yaşında Avropada Liqa çempionluğu uğrunda mübarizə aparır. Biz də hələ belə düşünürük".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Dünən, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Dünən, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Oxşar xəbərlər