"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə bağlı danışıb. Sport24.az "Bild"ə istinadən xəbər verir ki, o, 28 yaşlı futbolçunun II Bundesliqanın VI turunda "Herta" ilə qarşıdan gələn oyunda mümkün debütü haqda deyib:
"Mahirin bu matçda start heyətində yer alıb-almayacağını hələ bilmirəm. Bu, onun üçün hələ tez ola bilər. Amma əminəm ki, Emreli ən azı yarım saat oynaya biləcək".
Qeyd edək ki, "Nürnberq" - "Herta" qarşılaşması sentyabrın 21-də keçiriləcək. Mahir ötən tur "Ulm 1846"la oyunda iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.