Zaqreb "Dinamo"sundan ayrılan Mahir Emrelinin yeni klubu müəyyənləşib. Sport24.az-a daxil olan məlumata görə millinin də şərəfini qoruyan futbolçu Almaniya I Bundesliqasında çıxış edən "Nürenberq"lə müqavilə bağlayacaq.
Anlaşma "1+1" şərti ilə imzalanacaq. "Nürnberq" növbəti mövsümdə Bundesliqaya yüksələcəyi halda Emreli klubda qalacaq. Əks halda futbolçumuz düşərgəni tərk edəcək.
Qeyd edək ki, Mahir həftənin bazar ertsəi müqavilə bağlamaq üçün Almaniyaya yollanacaq.