Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" "Reutlingen" klubunun 120 illik yubileyi münasibətilə miniturnirdə iştirak edib.
İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bir gündə iki oyunda qüvvəsini sınayıb.
İlk görüşdə "Reutlingen"ə 0:2 hesabı ilə uduzan "Kayzerslautern" növbəti görüşdə də məğlub olub. Mahir və yoldaşarı bu dəfə İsveçrənin "Sankt Qallen" (1:2) klubu ilə bacarmayıblar. Emreli isveçrəliləri qarşı oyunda start heyətində yer alsa da, fərqlənə billməyib.
İdman.biz