Almaniyanın II Bundesliqasında "Şalke"yə qarşı qarşılaşmada (1:0) "Kayzerslautern"in heyətində meydana çıxan Mahir Emreli oyundan sonra azarkeşlərə minnətdarlığını bildirib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Hücumçu qələbənin asan olmadığını vurğulayıb: "İlk qələbə heç vaxt asan olmur, lakin inanılmaz dərəcədə vacibdir. Möhtəşəm dəstəyinizə görə təşəkkür edirəm".
Qeyd edək ki, oyuna start heyətdə çıxan Mahir Emreli 72-ci dəqiqədə əvəzlənib.
İdman.biz