"Klubun düşərgəsinə qayıtdıqdan sonra komandanın prezidenti və idman direktoru iclas edəcəyinə söz verib". Bu sözləri Sport24.az-a açıqlanmasında Mahir Emreli deyib.
Azərbaycan millisinin hücumçusu çıxış etdiyi Almaniyanın "Kayzerslautern" klubunda ona qarşı olunan bəzi hərəkətlərin xoşagəlməz olduğunu bildirib:
"Oynamamağımın səbəbi nədir? Mən də bu sualın cavabını axtarıram. Klubun daxilində məşqçilər heyətinin bəzi hərəkətləri oldu ki, xoşuma gəlmədi. Mətbuatda klubda kiminləsə aramda problem olduğunu yazırlar. Yalan məlumatdir. Futbolçu karyeramda ilk dəfədir ki, heç nə etməmişəm, amma oynamıram. Maraqlanacağıq. Doğurdan da məşqçilərin bəzi hərəkətləri onların futbol mentalitetinə yaraşmır".
Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"in heyətində sonuncu dəfə avqustun 22-də görünüb.