top
Mahir Emreli vida paylaşımında bunları qeyd edib: Bu formanı yalnız bədənimdə deyil, həm də ürəyimdə fəxrlə daşımışam - ŞƏKİL Idman.biz
20 may 2025, 01:46
- +

Mahir Emreli vida paylaşımında bunları qeyd edib: "Bu formanı yalnız bədənimdə deyil, həm də ürəyimdə fəxrlə daşımışam" - ŞƏKİL

Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, o, instaqram sosial şəbəkəsi hesabında alman dilində vida paylaşımı edib.

28 yaşlı hücumçu paylaşımda bunları yazıb: "Hər bir futbolçunun karyerasında elə klubları var ki, onlar səyahətin bir hissəsinə çevrilmir, onlar sizin özünüzün bir hissəsinə çevrilirlər. Mənim üçün "Nürnberq" məhz belə bir klubdur.

Azərbaycanlı futbolçu üçün Avropanın ən tarixi klublarından birində oynamaq xüsusi qürur hissidir. Amma ən dəyərlisi təkcə meydanda oynamaq deyildi, Miroslav Kloze kimi futbol əfsanəsi ilə işləmək imkanı idi. Uşaqlıq arzumun gerçəkləşdiyi an idi.

Hörmətli "Nürnberq" ailəsi, siz mənə güvəndiniz, mən isə hər dəfə bu formanı geyinəndə, vurduğum hər qolda, döyüşdüyüm hər oyunda sizi qürurlandırmağa çalışdım. Bu formanı təkcə bədənimdə deyil, ürəyimdə qürurla geyinmişəm. Çünki arxamda sizin kimi əziz azarkeşlərim var idi.

Bu gün "Nürnberq"dən ayrılıram, amma fonda hələ də sizin səslərinizi, alqışlarınızı və bu şəhərin ürək döyüntülərini eşidirəm. Və ürəyimdə heç vaxt unuda bilməyəcəyim bir sevgi daşıyıram...".

Emreli vida mesajını klubun şüarı olan "Einmal Cluberer, immer Cluberer!" ("Bir dəfə klubda oldunsa, daimi klubdasan" sözləri ilə bitirib.

Qeyd edək ki, Mahir 2-ci Bundesliqada başa çatmış mövsümdə 24 oyun və 10 qolla yadda qalıb.

İdman.biz

İş Elanları
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

AFFA-da akademiyalar, təhsil və idman məktəbləri nümayəndələri ilə görüş olub

Futbol
Bu gün, 15:49

Klublararası Dünya Çempionatının Mükafat Fondu və Qalibə Veriləcək Məbləğ Açıqlanıb

Digər
Bu gün, 15:30

Azərbaycan badmintonçuları Venesuelada "Future" seriyasında 2 gümüş medal qazanıblar

Cüdo
Bu gün, 15:24

Dünya Çempionatı: Hidayət Heydərov və Fidan Əlizadə məğlub oldu, Rəşid Məmmədəliyev isə qalib gəldi

Cüdo
Bu gün, 15:19

Dünya Çempionatı: Hidayət Heydərov məğlub oldu, Rəşid Məmmədəliyev qalib gəldi, Fidan Əlizadə yarışacaq

Futbol
Bu gün, 15:18

AFFA-da akademiya, təhsil və idman məktəblərinin nümayəndələri ilə görüş keçirilib

Futbol
Bu gün, 15:10

"Napoli" "Liverpul"un Nunez və Kyezasını transfer etmək istəyir

Futbol
Bu gün, 15:10

Ter Ştegen "Qalatasaray"la Anlaşıb, Transfer Yaxın Gələcəkdə Tamamlana Bilər

Cüdo
Bu gün, 15:05

Hidayət Heydərov Dünya çempionatında ilk görüşdəcə məğlub oldu

Futbol
Bu gün, 15:00

Marko Veşoviçin gələcək karyerası: Xorvatiya, yoxsa Polşa?

Futbol
Bu gün, 14:42

AFFA-da akademiyalar, təhsil və idman məktəblərinin nümayəndələri ilə görüş keçirilib

Cüdo
Bu gün, 14:16

Dünya çempionatı: Hidayət Heydərov ilk görüşündə məğlub olub, daha 3 cüdoçu tatamiyə çıxacaq

Cüdo
Bu gün, 14:08

Dünya Çempionatı: Hidayət Heydərov yarışdan kənarlaşdı

Futbol
Bu gün, 14:07

Klublararası Dünya Çempionatının Açılış Oyununda "Əl-Əhli" - "İnter Mayami" Heç-Heçəsi (0:0)

Şahmat
Bu gün, 14:00

FIDE Xaqan Əhmədin Nakamuraya qalib gəlməsini qeyd etdi

Futbol
Bu gün, 13:48

"Tottenhem" Matis Teli birdəfəlik transfer etdi

Futbol
Bu gün, 13:30

"Tottenhem" "Bavariya"nın hücumçusu Matis Teli transfer edib

Futbol
Bu gün, 13:21

Patrik Andrade "Neftçi" ilə Anlaşdı: İllik Maaşı Məlum Oldu

Şahmat
Bu gün, 13:12

Xaqan Əhməd Nakamuraya qalib gəlməsinin təsadüfi olmadığını sübut etdi (FIDE)

Futbol
Bu gün, 13:00

Florian Virtsin "Liverpul"dakı maaşı məlum olub

Futbol
Bu gün, 12:54

Florian Virts "Liverpul"da həftəlik 225 min avro qazanacaq

Futbol
Bu gün, 12:43

"Tottenhem" Matis Teli birdəfəlik transfer edib

Futbol
Bu gün, 12:30

"Liverpul" Nunes və Kyezanın satışından 105 milyon avro qazanmağı hədəfləyir

Digər
Bu gün, 12:27

Azərbaycan Badmintonçuları Venesuelada 2 Gümüş Medal Qazanıb

Oxşar xəbərlər