top
Mahir Emreli Qarabağ - Dinamo matçı haqda danışıb Sport24.az
15 avqust 2024, 11:15
- ↺ +

Mahir Emreli "Qarabağ" - "Dinamo" matçı haqda danışıb

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın "Dinamo" klubu ilə keçirəcəyi oyunları barədə maraqlı fikirlər səsləndirib. 2022-2024-cü illər aralığında Zaqreb təmsilçisinin formasını geyinən 27 yaşlı hücumçu bu cütdə şansların bərabər olduğunu bildirib:

 

"Hər tərəfin özünə görə üstünlükləri var. "Dinamo"nun avrokuboklarda "Qarabağ"a nisbətən təcrübəsi daha çoxdur. Fərdi keyfiyyəti olan, müxtəlif milli komandalarda çıxış edən oyunçulara malikdirlər. Futbolçular uzun müddətdir ki, birlikdə oynayırlar. Bu il heyəti bir neçə futbolçu ilə gücləndiriblər. Son iki rəsmi matçda da qalibiyyət əldə ediblər. Çempionata yaxşı başladıqları üçün motivasiya da yüksək səviyyədədir. Amma "Qarabağ"ın da üstün tərəfləri var. Qurban Qurbanov illərdir oradadır. Komanda oturuşmuş sistemə malikdir. "Dinamo"da tez-tez baş məşqçi dəyişirsə, Azərbaycan çempionunda bu baş vermir. Düşünürəm ki, bu gün meydanda göstərilən oyun baxımından təmsilçimiz rəqibindən üstündür. Bu cür matçlara proqnoz vermək çətindir. Amma mən şansları bərabər görürəm".

 

Avqustun əvvəlində Almaniyanın "Nürnberq" klubuna transfer olunan forvard Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun rəqiblərini çox yaxşı təhlil etdiyini də diqqətə çatdırıb:

 

"Çalışdığım mütəxəssislər arasında hələlik rəqibi onun kimi təhlil edə biləni görməmişəm. Bu baxımdan "Qarabağ" çox üstündür. Birinci matçdan sonra bütün mənzərə bilinir və ikinci görüşə necə hazırlaşacaqlarını anlayırlar. "Dinamo" isə standart vəziyyətlərdə də çox təhlükəli komandadır. Ucaboy futbolçuları var. "Qarabağ" da bu cəhətdən problem yaşayır. III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" komandası ilə matçlarda da bunu gördük. Ehtiyat olunmalı məqamdır. Məncə, "Dinamo" ilə qarşılaşmalarda da topla oynayan tərəf təmsilçimiz olacaq. Çünki bunu istənilən rəqibə qarşı göstərə bilirlər. Xorvatiya klubunun isə sürətli oyunçuları var. Bəlkə də əks-hücumlara üstünlük verəcəklər. Topla oynamaq istəsələr, "Qarabağ" imkan verməyəcək. Əks-hücumları həqiqətən çox təhlükəlidir. Bu komanda ilə bağlı məndən nəsə soruşsalar, düşüncələrimi deyərəm. Amma məsləhətimə ehtiyacları olduğunu düşünmürəm".

 

Emreli "köhlən atlar"ın III təsnifat mərhələsində Bolqarıstan çempionu "Ludoqorets"i mübarizədən kənarlaşdırmasına da toxunub:

 

"Səfərdəki cavab qarşılaşmasında buraxılan iki qola kimi "Qarabağ" kəskin şəkildə qapıya getmirdi. Amma ikinci qolu qapılarında görəndən sonra təzyiq göstərməyə başladılar və bunun da nəticəsini gördülər. Bu cür turnirlərdə hesab 4:2 olanda rəqib çox irəli atıldı. Həmin anadək də meydan sahiblərinin yaxşı futbol sərgilədiyini deyə bilmərəm. Amma istər-istəməz önə çıxanda arxada boşluqlar verirsən. Tarixi və böyük qələbə idi. "Ludoqorets" də zəif deyil. "Dinamo" bu komandadan 1-2 baş üstün ola bilər. "Qarabağ"ın bu uğurunu "Dinamo" ilə matçda da gözləyirik və komandamıza inanırıq".

 

Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə avqustun 28-də Bakıda keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər