top
Mahir Emreli: Meydanda bütün gücünü qoyursansa, bəzi texniki səhvlər bağışlanılır” Sport24.az
26 sentyabr 2024, 09:35
- ↺ +

Mahir Emreli: "Meydanda bütün gücünü qoyursansa, bəzi texniki səhvlər bağışlanılır”

Almaniya II Bundesliqa təmsilçisi "Nürnberq"in formasını geyinən Mahir Emreli klubun saytına açıqlama verib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü futbola yaranan marağının mənbəyini 2002-ci ilin dünya çempionatına baxdıqda anası Elnura Emrelinin verdiyi reaksiya ilə əlaqələndirib: "Onun reaksiyasından oyuna necə də həyəcanlı baxdığını gördüm. Bu, bir uşaq kimi mənim içimdə nəyisə yandırdı. Beləcə də futbola başladım". 

 

Millimizin oyunçusu "Qarabağ"ın heyətində çıxdığı ilk Çempionlar Liqası təcrübəsindən də danışıb: "Əlbəttə ki, Londonda, "Stemfrod Bric"də "Çelsi"yə qarşı "Qarabağ"la ilk Çempionlar Liqası matçını xatırlayıram. Bizim heç bir şansımız yox idi, amma bizim üçün yenə də tarixi matç idi. Ab-havasına görə yaddaşımda qalan üç stadionun adını çəkməli olsam, Dortmund "Borussiya"sı, PAOK və "Roma"nın stadionlarını deyərdim".

 

O, legioner həyatına başlaması barədə fikirlərini bildirib: "Yoluma başlayanda bunu tək özümə görə yox, həm də ölkəmə görə etmişdim. Azərbaycandan Almaniya, Xorvatiya və ya Polşaya qədər gəlib çıxan elə də çox futbolçu yoxdur. Mən Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm ki, onlar da belə addım atmaqda cəsarətli olsunlar. Mən ünsiyyətcil və digər mədəniyyətləri öyrənməyi xoşlayan biriyəm".

 

Emreli digər millətlərə tolerantlığının Azərbaycanda gördüyü mədəniyyətdən irəli gəldiyini deyib: "Biz çox tolerantıq və müsəlman ölkəsiyik, amma digər dinləri və mədəniyyətləri birləşdirməyə çalışırıq. Bizdə məscidlər, yəhudi sinaqoqları və xristian kilsələri var. Məsələn, ruslar ukraynalılarla bir yerdə qalırlar. Biz fərqli mədəniyyətlərlə böyüyüb, onlarla harmoniyada yaşamağı öyrənirik. Bu, mənim üçün digər ölkələrdə yaşamağın çətin olmamasının səbəblərindəndir.  Hazırda dünyada çoxlu nifrət var. Mən insanlara göstərmək istəyirəm ki, başqa çıxış yolu da var".

 

O, Almaniyadakı həyatından da danışıb: "Burada milli bayramlar görsəm, çəkib onları da paylaşacağam. Azərbaycandan olan azarkeşlərim üçün buranın mədəniyyəti maraqlıdır. Klubuna sadiq olmağın mənasını Almaniyada daha yaxşı öyrəndim. Əgər meydanda bütün gücünü qoyursansa, bəzi texniki səhvlər bağışlanılır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər