top
Mahir Emreli: Bunu etməlisən, əks halda evdə problemlərin olacaq Sport24.az
05 dekabr 2024, 14:20
- ↺ +

Mahir Emreli: "Bunu etməlisən, əks halda evdə problemlərin olacaq"

Millimizin hücumçusu Mahir Emreli şərəfini qoruduğu "Nürnberq"ın yutub kanalına müsahibə verib. Sport24.az Qol.az-a istinadən həmin müsahibəni təqim edir.

 

- Bu gün məşqdə əhval-ruhiyyə necə idi?

- Bu gün oyun kimi sərin idi, yoqa masajı və velosiped sürmək kimi əsas işləri görürük. Saunaya gedirik. Cümə günü keçiriləcək oyuna hazır olmağa çalışırıq.

 

- Son oyunun ("Düsseldorf"la matç (2:2) nəzərdə tutulur - red.) nəticəsindən nə qədər məyussunuz?

- Son dəqiqə qolları ilə üzülmək təbii ki, pisdir. Ardıcıl iki oyunda belə oldu. Əslində biz bu oyunlarda daha yaxşı oynayırdıq. Deməli, daha çox işləməli və yaxşı nəticələr qazanmalıyıq. Oyuna hakim olmaq gözəldir. Amma nəticəyə də diqqət yetirməliyik. Ümid edirəm ki, növbəti oyunlarda yaxşı nəticələr qazanacağıq. 

 

- Növbəti turda səfərdə "Elversberq"lə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?  Fərqli atmosferdə oynayacaqsınız.

- Bizim liqamızda evdə oynayan komandalar daha çox hücumda olurlar. Çünki azarkeşlər yaxşı dəstək verir.  Bizim azarkeşlər səfərdə də bizi tək qoymurlar. Tərəfdarlarımız hara getməyimizdən asılı olmayaraq, bizə dəstək olur, şou göstərirlər. Bəzən özümüzü səfərdəki kimi hiss etmirik. Əlbəttə ki, rəqibi təhlil edəcəyik, amma indi onlar haqqında çox şey deyə bilmərəm. Ümid edirəm ki, rəqibi tam öyrənəcəyik və cümə gününə qədər hazır olacağıq.

 

- Klubun sosial şəbəkə hesablarında azərbaycanlıların çoxluq təşkil etməsinə münasibətin necədir?

- Burada pis şey görmürəm. Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər atdığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram.

 

- Normalda bizim müsahibədə ilk sual komanda yoldaşlarından olur, amma bu gün səhnə anana verildi. O, bilmək istəyir Almaniyada 5-ci qolu nə vaxt vuracaqsan?

 - (Gülür) Mən anamla həmişə bu barədə söhbət edirəm. Amma deyəsən o, indi bunu mənim dilimdən rəsmi olaraq eşitmək istəyir. Mən nəticələr və 3 xalla daha çox maraqlanıram. Bu, ən vacib şeydir, amma əgər anam bunu gözləsə, ümid edirəm ki, 5-ci və 6-cı qol olacaq. Mənim ölkəmdə bunu etməlisən, əks halda evdə problemlərin olacaq. Buna görə ümid edirəm ki, hər şeyi edə bilərəm.

 

- Qol sevinci zamanı komanda yoldaşın Stefanos Tsimasla birlikdə Kriştiano Ronaldonun hərəkətini təkrarladın...

- Ronaldo ən böyük oyunçulardan biridir. Amma mən onun fanatı deyiləm. Stefanos onun azarkeşidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:14

Bellinqem 16 yaşlı istedadlı Cey Cey Gabrielı Real Madridə gətirir

Futbol
Bu gün, 04:10

Lester klubunun titul sponsorunun pornoaktrisa ilə əməkdaşlığına azarkeşlər etiraz edir

Futbol
Bu gün, 03:12

Portuqaliya prezidentindən Cristiano Ronaldoya veda mesajı: 'Xalqımız sənin yanındadır'

Futbol
Bu gün, 02:39

PSJ qış transfer pəncərəsində Galatasarayın rus futbolçusu Aleksey Batrakovu cəlb edə bilər

Futbol
Bu gün, 01:43

Ramos Ronaldunun Portuqaliya milli komandadan istefa etdiyi xəbərə təəccübləndi, Silva təşəkkür etdi

Futbol
Bu gün, 01:24

Ruben Amorim Milanın Avropa Liqa məğlubiyyətindən sonra oyunçularını sərt tənqid etdi

Futbol
Bu gün, 01:05

Divock Origi Harvard Biznes Məktəbində təhsil alır

Futbol
Bu gün, 00:45

Murad Musayev “Sabah”ın baş məşqçisi vəzifəsinə qayıda bilər

Futbol
Bu gün, 00:29

“Qəbələ” 2026/2027 mövsümünün yeni üçüncü forması təqdim edildi

Digər
Bu gün, 00:19

Bakıda yanğınsöndürmə və xilasetmə dünya çempionatının qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 00:04

Pol Skoulz "Mançester Yunayted" üçün Gabriel Maqalyans, Deklan Ray, Maykl Olise, Kilian Mbappe və Cud Bellinqemı transfer etməyi məsləhət görüb

Gimnastika
Bu gün, 00:00

Azərbaycan gimnastları Nankindəki Dünya çempionatında növbəti mərhələyə vəsiqə qazandılar

Futbol
Dünən, 23:54

Baş məşqçi Jorje Jezus Ronaldodun milli komanda da qalmasını xahiş etdi

Futbol
Dünən, 23:43

Zidan, Fransa millisində iki yeni futbolçu çağırmağa hazırdır

Futbol
Dünən, 23:29

Real Madriddə Vinisius Juniorun forma problemi davam edir

Cüdo
Dünən, 23:24

Abşeron Olimpiya İdman Kompleksində 302 cüdoçu gücünü sınağa çəkdi

Futbol
Dünən, 23:01

Devid Moyes: Cek Qriliş Koventri ilə matca hazır deyil

Futbol
Dünən, 22:55

Traktor, Fənərbaxçadan ayrılan baş məşqçi İsmail Kartal ilə danışıqlara başladı

Futbol
Dünən, 22:47

Moldova futbolçusu Vadim Kriçmar 38 yaşında ölmüş

Futbol
Dünən, 22:47

Bavariya, 18 yaşlı Oskar Pietüşevskini transfer hədəflərinə daxil etdi

Futbol
Dünən, 22:32

Mançester Yunayted rəhbərliyi Karrikin istefası məsələsində qərar aldı

Digər
Dünən, 22:25

Gədəbəydə Zəfər Gününə həsr olunan veloyürüş təşkil edildi

Cüdo
Dünən, 22:09

Azərbaycan cüdo komandası Zaqrebdə Grand-Prixdə iştirak edəcək

Futbol
Dünən, 21:59

İnfantino: Ronaldo'nun milli karyerası sona çatdı – “irsi qollardan daha böyük”

Oxşar xəbərlər