Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubu ilə bağlı qərar verib.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, 27 yaşlı Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə müqavilə imzalayıb.
Müqavilə müddəti üç illikdir.
Qeyd edək ki, Mahir ötən mövsümü "Nürnberq"də keçirib. "Kayzerslautern" isə 2-ci Bundesliqada 7-ci pillədə qərarlaşıb.
İdman.biz