Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyaya yollanıb.
"Report" xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Forvard Türkiyədəki hava limanından Almaniyanın Ştutqart şəhərinə yola düşüb. O, oradan Kayzerslauternə gedəcək.
Qeyd edək ki, son olaraq II Bundesliqada "Nurnberq"in uğurları üçün çalışan Mahir Emreli bu çempionatın digər iştirakçısı "Kayzerslautern" ilə anlaşıb.