Mahir Emrelinin formasını geyindiyi Almaniyanın "Kaizerslautern" klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, İngiltərənin "Nots Kaunti" klubu ilə qarşılaşan "qırmızı şeytanlar" 4:0 hesabı ilə qalib gəlib.
İlk hissəni oynayan Emreli qollardan birini vurub. Bu, əlavə edəcəyik, Mahirin yeni klubunun heyətində üçüncü qoludur.