Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emreli II Bundesliqada "Şalke"yə qalib gəldikləri oyunun asan olmadığını bildirib.
"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Forvard onlara dəstək olan azarkeşlərində unutmayıb:
"İlk qələbə heç vaxt asan əldə olunmur. Lakin inanılmaz dərəcədə vacibdir. Böyük dəstəyə görə təşəkkür edirəm".