top
Mahir Emreli ilə bağlı Kayzerslauterndəki vəziyyət: Menecerin müsahibəsi Idman.biz
31 oktyabr 2025, 09:57
- ↺ +

Mahir Emreli ilə bağlı "Kayzerslautern"dəki vəziyyət: Menecerin müsahibəsi

Bir müddətdir Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Almaniyanın "Kayzerslautern" komandasında qeyri-müəyyənlik hökm sürür. Yayda II Bundesliqa klubuna böyük ümidlərlə transfer olunmuş 28 yaşlı hücumçu avqustun 22-dən sonra nəinki oyunlara çıxır, hətta matçların iştirak ərizəsində də yer almır. Baş məşqçi Torsten Liberknextin bu qərarına heç bir şərh verməməsi yerli mediada müxtəlif şayiələrin yayılmasına səbəb olub.

Baş verənlərlə əlaqədar Emrelinin meneceri Mateuş Ojoq sportnet.az-a müsahibə verib.

Polşalı agent gündəmdə olan məsələlərə münasibət bildirib, "layk" olayından "Bild" nəşrinin yazdıqlarına, "Kayzerslautern"dəki iclasdan baş məşqçi Torsten Lieberknextin Emreliyə qarşı rəftarına qədər hər şeydən danışıb:

- Mahir Emreli ilə bağlı situasiyadan narahatsınızmı və bu məsələnin ən münasib həll yolunu necə görürsünüz?

- Əlbəttə, çox narahatam, hadisələr tamamilə gözlənilməz istiqamətdə inkişaf etdi. Amma futbolda hər şey bir dəqiqəyə dəyişə bilər, ona görə də vəziyyəti diqqətlə izləyirəm. Demək olar ki, hər gün Mahir və klubla danışıram, ağlabatan bir həll yolu axtarırıq. Ümid edirik ki, Mahir infeksiyadan tam sağalıb tam formada qayıdandan sonra vəziyyət yaxşılığa doğru dəyişəcək.

- Emrelinin qış transfer dövründə "Kayzerslautern"i tərk etməsi gözlənilirmi?

- Xeyr, hazırda biz bu varianta baxmırıq. Mahirin məqsədi "Kayzerslautern"in heyətində II Bundesliqada oynamaqdır və biz də bu plan üzrə irəliləyirik.

- Hətta "Qarabağ"a qayıdacağına dair şayiələr də həqiqətə uyğun deyil?

- Xeyr, mən "Qarabağ"la heç bir əlaqədə deyiləm, bu barədə heç vaxt danışmamışıq. Kim bilir, bəlkə gələcəkdə olar, amma indi bu, doğru deyil.

- Belə xəbərlər var ki, "Kayzerslautern"də klubdaxili iclas olub və baş məşqçi Torsten Liberknextdən Emrelini oyunların iştirak ərizəsinə daxil etməməsinin səbəbi soruşulub. O isə tutarlı cavab verə bilməyib...

- Bu, qapalı görüş idi, ona görə də bu barədə ətraflı şərh verə bilmərəm. Hər tərəf öz baxış bucağını təqdim etdi, fikirlərini və müşahidələrini bildirdi. Eşitdiklərimin bəziləri ilə razı deyiləm, amma ümid edirəm ki, bu görüş yaxın zamanda nəticə verəcək.

- Siz həmin klubdaxili görüşdə iştirak edirdiniz?

- Bəli. İclasda mən, Emreli, baş məşqçi və klub prezidenti iştirak edirdi.

- Düşünmürsünüz ki, baş məşqçi Emreli ilə prinsip aparır, qərəzlidir?

- Belə suallara yalnız baş məşqçinin özü cavab verə bilər, onun düşüncələrini və hisslərini heç kim bilmir. Amma ümid edirəm ki, yüksək səviyyəli professional idmanda qərəz üçün yer yoxdur.

- Emrelinin II Bundesliqada ən yüksək maaş alan futbolçu olmasına dair xəbərlər var. Bu, doğrudurmu və son hadisələrin onun maaşının əvəzini meydanda verə bilməməsi ilə bağlı olduğu ehtimalı varmı?

- Bu mövzu barədə məndə rəsmi məlumat yoxdur. Hər bir futbolçunun məvacibi məxfidir. Mahirin vəziyyətinin arxasında maliyyə məsələlərinin dayanması qətiyyən doğru deyil. Bütün alman klubları yaxşı maliyyə idarəçiliyi ilə tanınır və mən Almaniyada maliyyə məsələlərinin ictimai müzakirə mövzusu olmasına heç vaxt rast gəlməmişəm.

- Emrelinin hazırda xəstəliyinin sağalmasını gözlədiyinizi dediniz. Üstəlik, klubunda avqustun 22-dən bəri oynamır. Bu halda onun Azərbaycan millisinin İslandiya və Fransa ilə noyabr matçlarına dəvət edilib-edilmədiyinə dair hər hansı məlumatınız varmı?

- Xeyr, bu barədə heç bir məlumatım yoxdur. Amma Mahir çox çalışır və bir neçə günlük infeksiya istisna olmaqla, tam formada qalır. Ümid edirəm ki, o, milliyə dəvət alacaq. Hazırda bir qədər oyun ritmi çatışmır, amma hamımız onun keyfiyyətini bilirik – hər zaman komanda üçün 100 faizini verir. Belə futbolçular isə həmişə əlavə dəyər qatırlar.

- Müştərinizin sabiq komandası "Nürnberq"in "Kayzerslautern"in qapısına vurduğu qolun fotosunu sosial şəbəkədə bəyənməsini necə qarşıladınız: Bunu normal hesab edirsiniz?

- Əlbəttə, futbolda şəxsi münasibətlər və dostluqlar da önəmlidir. Xüsusilə sosial media dövründə idmançıların paylaşımlarının köhnə dostları tərəfindən bəyənilməsi və şərh yazılması tamamilə təbiidir. Mən Mahirlə bu barədə danışdım. O, sadəcə sabiq komanda yoldaşını yaxşı çıxışına görə təbrik edib, həmin bəyənməni edib, gələcəkdə də hər hansı digər rəqibə qarşı eyni hərəkəti edəcək. Bəzi alman jurnalistlərin yenə də hansısa gizli məna axtarması Mahir yox, yalnız onların özləri barədə çox şey deyir.

- Xüsusən, "Bild" nəşrinin...

- Bəli (gülür - red.)

- Sizcə, bu nəşrin, hələ "Nürnberq"də çıxış etdiyi vaxtdan Emreli barədə neqativ ovqatlı məqalələr dərc etməsinin arxasında nə durur? Bəlkə bu, şəxsi münasibətdən irəli gəlir?

- Mən belə düşünmürəm. Mahir çox məşhurdur, insanlar onun haqqında danışır, məqalələrə daxil olurlar. Bilirsinizmi, bu gün medianın ən çox istədiyi nədir? Qalmaqal! İndi kim məşqin necə keçdiyi, futbolçuların özlərini necə hiss etdikləri ilə maraqlanır? Heç kim. Hamı mübahisələr, qarşıdurmalar, kiminsə harasa getməsi, sevgilisinin fotosunu "Instagram"da paylaşması kimi şeyləri oxumağı sevir. Bu, bu günün mediasıdır və buna qarşı heç nə etmək mümkün deyil.

- Elə isə özü bunları bilə-bilə niyə onların təxribatlarına gedir?

- Mahir belə etməməlidir, amma hansısa məsələ onu şəxsən təsirləndirirsə, sadəcə susmaq və davam etmək çox çətindir. O, qızıl ürəyə malik oğlandır və bu media orqanında yayılan boş-boş sözlər onun üçün ağrılıdır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Oxşar xəbərlər