Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Spor3.com" nəşri məlumat yayıb.
İddiaya görə, "Hull Siti" 27 yaşlı hücumçuya dəvət göndərib.
Klub hazırda azad agent olan oyunçu ilə 2 illik müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, türkiyəli məşhur iş adamı Acun Ilıcalı "Hull Siti"nin rəhbəridir.