İngiltərənin "Hull Siti" klubunun maraqlandığı Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin bu təkliflə bağlı qərarı bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu bu təklifdən imtina edib.
Çempionşip təmsilçisinin prezidenti və rəhbəri olan Acun Ilıcalı forvardla əlaqə saxlasa da, Emreli hazırda bu komandaya keçmək istəmir.
Futbolçu karyerasını Almaniyada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Mahir Emreli ötən mövsüm II Bundesliqada çıxış edən "Nürnberq"in uğurları üçün çalışıb.