Zaqreb "Dinamo"sundan ayrılan Mahir Emreli Almaniya "Nürnberq"i ilə bu gün müqavilə bağlayacaq. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçu dünən "qırmızı-qaralar"ın düşərgəsində tibbi müayinədən keçib.
O, II Bundesliqa təmsilçisi ilə "1+1" şərti ilə anlaşmaya qol çəkəcək.