Mahir Emreli Almaniyanın II Bundesliqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, onun şərəfini qoruduğu "Nürnberq" VII turda "Hannover"lə qarşılaşıb. ə
Əsas heyətdə meydana çıxan milli üzvü 75-ci dəqiqədə əvəzlənib. Komandası isə 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Nürnberq" növbəti turda öz meydanında "Preussen Munster"lə qarşılaşacaq. Nürnberqlilər 7 oyundan sonra 7 xalla 14-cü pllədə qərarlaşıblar.