"Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Fermin Lopez Madrid "Atletiko"sunun maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" portalı xəbər yayıb.
Bildirilir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone 21 yaşlı futbolçunu komandasında görmək istəyir. "Atletiko" rəhbərliyi Ferminin transferi üçün qarşı tərəfə təklif hazırlayır.
Qeyd edək ki, Lopez cari mövsümdə Katalonoya təmsilçisinin heyətində ümumilikdə 25 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.