top
Macarıstanla oyunda Azərbaycan millisinin ümidverici işartıları və istəyi Idman.biz
11 iyun 2025, 13:45
- ↺ +

Macarıstanla oyunda Azərbaycan millisinin ümidverici işartıları və istəyi

Futbol üzrə Azərbaycan millisi Macarıstanla yoldaşlıq görüşündə oyun baxımından müəyyən işartılar göstərdi. 1:2 hesablı məğlubiyyətə baxmayaraq, meydan sahibləri əvvəlki matçlarla müqayisədə pis təsir bağışlamadılar. Bəli, hələ də qələbə yoxdur və dünya çempionatının seçmə mərhələsində perspektivlər çox dumanlıdır. Amma komanda istək nümayiş etdirdi – bu isə son aylarda ən çox çatışmayan məqam idi.

İdman.biz xəbər verir ki, macarlarla görüş çox əhəmiyyətli idi.

İlk növbədə ona görə ki, rəqib ciddi "imtahançı" idi. Macar futbolunun zəngin ənənələri yaxşı məlumdur, və hazırkı nəsil də artıq öz səviyyəsini sübut edib. "Liverpul"da çıxış edən kapitan Dominik Soboslai buna nümunədir – Azərbaycanla oyunda qələbə qolunu da məhz o vurdu. Bu mənada güclü rəqiblə qarşılaşmaq komandamız üçün faydalı oldu, çünki belə oyunlarda ən xırda çatışmazlıqlar belə dərhal üzə çıxır. Elə ilk dəqiqələrdə məlum oldu ki, yığmanın müdafiədəki zəifliyi hələ də aradan qalxmayıb – artıq beşinci dəqiqədə Barnabaş Varqanın qolu ilə hesab 0:1 oldu.

Bununla belə, futbolçularımız tez bir zamanda hesabı bərabərləşdirməyə nail oldular və Rinat Dadaşov ardıcıl beş qolsuz oyundan sonra komandanın uğursuz seriyasına son qoydu. İlk hissədə hər iki tərəf bütün gücü ilə hücuma atılaraq uğuru məhz hücumda tapmağa çalışırdı. Bir müddət ərzində komandalar sanki qol vurmaq ehtirası ilə oynayırdılar və bu anlarda meydan sahibləri kifayət qədər yaxşı təsir bağışlayırdılar. Sözsüz ki, səhvlər də yoxa çıxmayıb, müdafiədə fasilələrlə problemlər yaşanırdı, lakin ümumilikdə oyun dinamik baxımdan maraqlı görünürdü.

Ancaq fasilədən sonra tamam başqa mənzərə müşahidə olundu. Fernando Santuşun yetirmələri oyuna yaradıcı yanaşmağa çalışsalar da, sanki bu cəsarətlərindən qorxmuş kimi idilər. Sanki əvvəlki, ehtiyatlı oyunlarına qayıtdılar və bu oyun tərzi ilə macarlar qarşısında nəticə əldə etmək mümkün deyildi. Bundan əlavə, belə oyun qonaqlara tam sərbəstlik verdi: onlar qapıya çoxlu zərbələr endirdilər və bir neçə real qol şansı qazandılar. Lakin hesab dəyişməz qaldı – 2:1 Macarıstanın xeyrinə. Son dəqiqələrdə meydan sahibləri bir neçə künc zərbəsi yerinə yetirdilər və məğlubiyyətdən qaçmağa çalışdılar, amma bu cəhdlər bir nəticə vermədi.

Oyun Azərbaycan millisində müəyyən irəliləyişin olduğunu göstərdi – xüsusilə ilk hissədə futbolçuların istəyi aydın görünürdü. Amma dünya çempionatının seçmə mərhələsində Fransa, Ukrayna və İslandiya kimi komandalarla qarşılaşmaq lazım gələcək. Bu səbəbdən Macarıstanla oyunda müşahidə edilən kiçik müsbət məqamlar həmin rəqiblər qarşısında yetərli olmaya bilər.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Digər
Bu gün, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Oxşar xəbərlər