top
Lukman və Yuriç arasında Marsel matçında gərginlik Sport24.az
06 noyabr 2025, 21:56
- ↺ +

Lukman və Yuriç arasında "Marsel" matçında gərginlik

İtaliya klubu "Atalanta"da sabitlik yenə pozulub. Sport24.az xəbər verir ki, bu dəfə komandanın hücumçusu Ademola Lukman gündəmə gəlib. Nigeriyalı futbolçu Çempionlar Liqasında "Marsel"lə oyun zamanı (0:0) baş məşqçi İvan Yuriçlə açıq şəkildə mübahisə edib.

 

Buna səbəb 74-cü dəqiqədə Yuriçin Lukmanı əvəz etmək qərarı olub. Futbolçu bu qərardan narazılığını gizlətməyib və meydandan çıxarkən baş məşqçiyə etirazını bildirib. Yuriç isə futbolçuya sərt şəkildə cavab verib. Məlumata görə, məşqçilər korpusunun müdaxiləsi olmasa, vəziyyət daha da gərginləşə bilərdi.

 

Matçdan sonra Yuriç mətbuata qısa açıqlamasında bunun sadəcə emosianal davranış olduğunu vurğulayıb. Lakin telekadrlar mübahisənin göründüyündən daha ciddi olduğunu göstərir.

 

İtaliya mətbuatının məlumatına görə, bu gərginliyin kökləri yay transfer pəncərəsinə gedib çıxır. Həmin dövrdə Lukman "Atalanta"dan ayrılmaq istəyib və bir neçə gün məşqlərə qatılmayıb. Futbolçu ilə "İnter" maraqlanırdı, lakin klub onun transfer dəyərini azaltmaqdan imtina etdiyi üçün keçid baş tutmayıb. Lukman daha sonra komandaya qayıdıb, son səkkiz oyunun yeddisində start heyətdə yer alıb və "Milan"ın qapısına qol vurub. Amma "Marsel"lə oyundakı hadisə futbolçu ilə baş məşqçi arasındakı münasibətlərin hələ də tam bərpa olunmadığını göstərir.

 

Qeyd edək ki, gələn həftə "Atalanta" "Sassuolo" ilə qarşılaşacaq. Bu fonda Lukmanın start heyətində olub-olmaması sual altına düşüb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Oxşar xəbərlər