PSJ "Lill"in qapıçısı Lukas Şevalye ilə müqavilənin şərtlərini razılaşdırıb.
İdman.biz xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində paylaşım edib.
Daha əvvəl "Lill"in 23 yaşlı qolkiperin transferi üçün 40 milyon avro tələb edəcəyi bildirilirdi.
Qeyd edək ki, ötən mövsüm Şevalye Liqa 1-də keçirdiyi 34 matçın 11-də qapısını "təmiz" saxlayıb. O, Çempionlar Liqasında isə 10 matçda 13 qol buraxıb. Transfermarkt-ın məlumatına görə, futbolçunun dəyəri 35 milyon avrodur.
İdman.biz