İngiltərənin "Vest Hem" klubunun yarımmüdafiəçisi Lukas Paketa idman oyunlarına pul qoyuluşu etdiyi üçün futboldan ömürlük uzaqlaşdırıla bilər.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, futbolçunun məhkəməsi başa çatıb və növbəti 6 həftə ərzində rəsmi qərarın çıxarılacağı gözlənilir.
Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2022-ci ildən "Vest Hem"in formasını geyinir. O, son mövsümdə bütün yarışlarda meydana çıxdığı 36 matçda 5 qol müəllifi olub. L.Paketanın Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. "Transfermarkt" yarımmüdafiəçinin dəyərini 28 milyon avro qiymətləndirir.