top
Luka Stevanoviç: Bakını və bu klubu sevirəm, Premyer Liqaya fokuslanmışıq - MÜSAHİBƏ Idman.biz
05 fevral 2026, 16:32
- ↺ +

Luka Stevanoviç: "Bakını və bu klubu sevirəm, Premyer Liqaya fokuslanmışıq" - MÜSAHİBƏ

Birinci Liqada mövsümün əvvəlində Premyer Liqaya əsas iddiaçılar sırasında yer almayan "Baku Sportinq" yeganə məğlubiyyətini lider "Şəfa"dan alıb, "Səbail"lə isə heç-heçə edib. Məhz bundan sonra komanda uğurlu seriyaya start verib. Röyal Nəcəfovun yetirmələri ardıcıl olaraq "Mingəçevir", "Şahdağ Qusar", "Şimal" və "Zaqatala"nı məğlub edərək qış fasiləsinə "Şəfa"dan 5 xal geri, ikinci pillədə yollanıb. Maraqlıdır ki, bu iki komanda fasilədən sonra ilk rəsmi oyunda üz-üzə gəlib.

"Baku Sportinq"in uğurlarında pay sahiblərindən biri isə serbiyalı mərkəz oyunçusu 27 yaşlı Luka Stevanoviç prosport.az-a müsahibə verib.

– Son iki oyununuz - "Şimal" və "Zaqatala" ilə matçlar barədə fikirlərinizi öyrənək...

– "Şimal"la oyun çətin oldu. Penaltidən 1:0 qalib gəldik. Amma əsas odur ki, həmin matçda biz qalib gəldik. Qələbəni komanda şəklində əldə etdik ki, düşünürəm ki, bu da ən vacibidir. Son matçımıza gəlincə, "Baku Sportinq" "Zaqatala"nı bunadək heç vaxt məğlub edə bilməmişdi. Bizə tərs gələn komanda idi. "Zaqatala" Birinci Liqanın ən təcrübəli və komplektləşmiş komandalarından biridir. Oyun da çətin keçdi. Amma qalib gəldiyimiz üçün çox sevincliyik. Bu qələbə bizə növbəti turlarda çempionluq üçün çox kömək edəcək.

– "Şimal"la oyundan sonra gözünüzdə qızartı vardı. Nə baş vermişdi?

– O, "Şamaxı" ilə Kubok oyununda olmuşdu.

– Hazırda 2-ci yerdəsiniz. 5 xallıq fərq var. Çempionluq şanslarınızı necə görürsünüz?

– Premyer Liqaya fokuslanmışıq. Məqsədimiz oradır. Biz də 1-ci yerdə ola bilərik. Niyə də yox?! Biz yaxşı komandayıq.

– I Liqada əsasən legionerlər Afrikadan olur. Siz hazırda yeganə serbsiniz ki, Avropanı təmsil edirsiniz...

– Bunu bilmirdim. İlk dəfə bunu sizdən eşitdim. Bunu eşitmək super oldu. Sizə bu fakta görə təşəkkür edirəm.

– Əsasən serb oyunçular Premyer Liqada çıxış edir. Klub sizi bura gəlməyə, özü də 2-ci dəfə qayıtmağa necə razı saldı?

– Ötən il bu klubda olmuşdum. Serbiyanın "Xayduk" klubundan bura keçmişdim. Daha sonra ötən il qısa müddət Belarusun "Molodeçno" komandasında çıxış etdim. Sonra "Baku Sportinq"in prezidenti mənə zəng edib geri çağırdı. Hər şey tez baş verdi. Mən Bakını və bu klubu sevirəm. Ona görə də qayıtdım.

– Bəs Birinci Liqanın səviyyəsinə necə baxırsınız?

– Normal. Burada komandalar futbol oynamaq istəyir. Mən də bu cəhəti sevirəm. Görək, mövsümün sonu necə olacaq. Hədəfimiz Premyer Liqadır.

– Azərbaycanda oynayan legionerlərdən kimlərlə tanışlığınız var?

– "Sabah"dan yenicə ayrılmış bosniyalı Boyan Letiçlə dostam. "Sumqayıt"ın baş məşqçisi Saşa İliç də dostumdur. "Sabah"da icarə əsasında oynayan Velko Simiçlə dost olmasam da, onu da tanıyıram, Serbiyada tanınmış futbolçudur. Həmçinin, "Neftçi"nin sabiq vingeri Vanqelis Platellasla Yunanıstanda 2023-cü ildə bir yerdə oynamışıq. Onunla "Ayolikos" komandası ilə aşağı liqanın çempionu olmuşuq.

– Platellas Azərbaycan haqda sizə nə deyirdi?

– Mən vegeterianam. Deyirdi ki, yeməyi Bakıdakı "Scalini" restoranında yeyə bilərəm (gülür). Şəhəri tərifləyirdi. O, "Neftçi"də olanda (2019/2020 mövsümü) komanda indikindən yaxşı idi.

– Futbolçu olaraq hədəfləriniz nədir?

– Premyer Liqada oynamaq istəyirəm. Yayda görək necə olacaq. Mayın sonunadək müqaviləm var.

– Belarus futbolu ilə bizim Premyer Liqa arasında hansı fərqlər var?

– Burada futbolun səviyyəsi daha yüksəkdir. Orada 2-3 yaxşı komanda var. Minsk "Dinamo"su, ML (Vitebsk) yaxşı komandalardır. Amma orada futbol gözəl deyil. Orada başqa cür futbol oynanılır. Burada isə Premyer Liqanı izləyirəm və xoşuma gəlir. Məsələn, "Sabah", "Qarabağ", "Sumqayıt"ın oyunları xoşuma gəlir.

– "Qarabağ"ın UEFA Çempionlar Liqasında çıxışı serb futbolçuları nə dərəcədə Azərbaycana gəlməyə vadar edir?

– Əlbəttə, onlar Azərbaycan futbolu barədə yüksək fikirdədir. Bilmirəm, kim "Qarabağ"da oynaya bilər. Amma "Qarabağ" çox yaxşı komandadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Basketbol
Dünən, 21:31

Gəncə Basketbolu: Azarkeşlərə Daha Yaxşı Oyun Göstərmək İstəyir

Digər
Dünən, 21:26

Futsal 2026/2027 mövsümünün açılış tarixi təyin edildi

Futbol
Dünən, 21:17

Flik Pedrinin oyun müddətini tənzimləyərək zədələrdən qoruyur

Oxşar xəbərlər