"Milan"ın yarımmüdafiəçisi Luka Modriç karyerasını başa vurduqdan sonra "Real"a qayıtmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "DefensaCentral" məlumat yayıb.
Mənbənin məlumatına görə, 40 yaşlı xorvatiyalı karyerasını başa vurduqdan sonra Madrid klubunun akademiyasında məşqçi olacaq. O, prezident Florentino Peresin təklifini qəbul edib və artıq məşqçi kurslarına yazılmağı planlaşdırır.
Qeyd edək ki, Modriçin "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır və bir illik uzadılması nəzərdə tutulur.