top
Luis Paçu: Sonuncu pilləni tez tərk etmək istəyirik Report.az
21 oktyabr 2025, 12:11
- ↺ +

Luis Paçu: "Sonuncu pilləni tez tərk etmək istəyirik"

"Kəpəz"in braziliyalı futbolçusu Luis Paçu "Report"a müsahibə verib. O, komandasının cari mövsüm Misli Premyer Liqasında qazandığı ilk qələbədən danışıb. "Kəpəz"in tez bir zamanda toparlanacağını deyən futbolçu turnir cədvəlində yer aldıqları sonuncu pillədən qurtulmaq istədiklərini söyləyib.

- Misli Premyer Liqasının VIII turunda səfərdə "Şamaxı"ya qalib gəlməklə cari mövsüm ilk qələbənizi qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?

- Həqiqətən bizim üçün çətin bir matç oldu. Amma xarakter göstərərək möhəşəm qələbə qazandıq və gözəl oyun sərgilədik. Göstərdiyimiz performansla 3 xala layiq olduğumuzu da göstərdik.

- Sözügedən matçda dubl etdiniz. Qolların davamının gələcəyini düşünürsünüz?

- İlk növbədə fikrim bu komandaya faydalı olmaqdır. İstər qol vurum, istərsə də məhsuldar ötürmə verim. Əsas odur ki, klub nəticə göstərsin və xal qazansın. Bundan sonra da "Kəpəz"ə faydalı olmağa çalışacağam. Belə olduqda uğurlu çıxışlar özünü göstərir. Yəqin ki, qollarım da davamlı olar.

- İlk 7 turda xal qazanmağa nə mane oldu?

- Bəzi nüanslar zamanla düzəlməli idi. Deyə bilərəm ki, artıq hər şey yavaş-yavaş öz yerinə oturur. Futbolçularımız indi bir-birilərini daha yaxşı tanıyırlar. Düşünürəm ki, doğru yoldayıq və bunun məntiqi sonluğu olacaq.

- Azər Bağırov komandaya baş məşqçi təyin olunandan sonra nəyi dəyişdi?

- Yeni baş məşqçi bizə çox güvən verdi. O, komandaya gəldikdən dərhal sonra ab-havanı yüngülləşdirdi və futbolçuları bir araya topladı. Özümüzə güvəni qaytararaq bildirdi ki, qarşıdakı matçlarda güclü ola bilərik. Nəticədə ilk qələbəmizi qazandıq.

- Son oyunda qazandığınız qələbə sizə xüsusi motivasiya verəcək?

- Belə olacağına əminəm. Futbolda hər zaman bu cür hallar yaşanır. Bizə lazım olan bir qələbə idi və onu qazandıq. İndi növbəti matçlara köklənərək, qalib gələcəyimiz oyunların sayını artırmalıyıq.

- Komandanı bu mövsüm elitada saxlamaq mümkün olacaq?

- Turnir cədvəlində sonuncu pillədə qərarlaşmışıq. Düşdüyümüz bu çətin vəziyyətdən çıxacağıq. Hələ qarşıda çox oyun var. Sadəcə, istəyirik ki, sonuncu pilləni mümkün qədər tez tərk edək.

- Yeni tikilmiş Gəncə stadionunda oynamaq üçün həyəcanlanırsınız?

- Əlbəttə. Gəncə stadionu çox gözəldir və bu şəhərin insanları futbolu çox sevirlər. Komanda ev oyunlarını doğma meydanda keçirərkən arenaya çoxlu azarkeşlər toplaşırdı. Yenidən bu anın yaşanmasını istəyirik. Stadiona toplaşan azarkeşlərə qələbə bəxş etmək əla hissdir. Bizim çoxsaylı azarkeşlərimiz var. Evdə oynamaq hər zaman gözəldir. İnsan öz ailəsinin dəstəyini həmişə hiss etmək istəyir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Oxşar xəbərlər