top
Luis Enrike Vilyarreal qarşısında oynanacaq matchə hazırlıqda futbolçularına xəbərdarlıq etdi Idman.biz
Bu gün, 15:44
- ↺ +

Luis Enrike Vilyarreal qarşısında oynanacaq matchə hazırlıqda futbolçularına xəbərdarlıq etdi

Fransanın PSJ futbol komandasının baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda İspaniyanın "Vilyarreal" komandası ilə keçiriləcək qarşılaşmadan əvvəl fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin güclü olduğunu və komandasının maksimum səviyyədə çıxış etməli olduğunu bildirib.

"Çempionlar Liqasının bu oyununu keçirmək üçün İspaniyaya gəldiyimizə çox şadıq. Burada futbolun əsl mahiyyəti hiss olunur. Səfərdə oynadığımız üçün bizi çətin qarşılaşma gözləyir. Diqqətli olmalıyıq. Nəyə qadir olduğumuzu göstərmək istəyirik, lakin belə rəqibə qarşı topa nəzarət etmək asan olmayacaq", - deyə mütəxəssis vurğulayıb.

Enrike "Vilyarreal"ın baş məşqçisi İniqo Peresin fəaliyyətini də yüksək qiymətləndirib:

"Vilyarreal" çətin oyunlar seriyasından keçib. Amma Peres çox pozitiv məşqçidir. Futbolu sevən gənc mütəxəssisləri bəyənirəm. "Vilyarreal" onu baş məşqçi təyin etməklə düzgün seçim edib. Komanda "Liverpul"a qarşı yaxşı oynadı və daha artığına layiq idi. Bizi çətin rəqib gözləyir. Peres komandasının topa nəzarət etməsini istəyir. Əlimizdən gələnin ən yaxşısını göstərməliyik, əks halda qalib gələ bilməyəcəyik".

PSJ-nin çalışdırıcısı mövsüm ərzində məğlubiyyətlərin qaçılmaz olduğunu da vurğulayıb:

"Mövsüm ərzində məğlubiyyətlər qaçılmazdır. Bu komanda hələ inkişafının ilkin mərhələsindədir, lakin artıq ümidverici nəticələr göstərir. Ümid edirəm ki, çərşənbə axşamı "Vilyarreal" ən yaxşı futbolunu nümayiş etdirməyəcək. Rəqibdə tərəddüd yaranarsa, bundan istifadə edə bilərik".

Qeyd edək ki, PSJ Çempionlar Liqasında keçirdiyi ilk üç oyunda "Slovan"ı 6:1, "Mançester Siti"ni 4:2 və "Barselona"nı 4:2 hesabı ilə məğlub edib. Paris təmsilçisi doqquz xalla turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" isə üç xalla 19-cu pillədə qərarlaşıb.

"Vilyarreal" - PSJ qarşılaşması bu gün, 3 noyabrda Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Görüş "Estadio de la Seramika" stadionunda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:21

Vikinqin baş məşqçisi Orsheym, ‘Budyo‑Qlimt’ mübahisəsini izah edir və ‘Sabah’la dueldə hazırdır

Futbol
Bu gün, 16:20

Vest Harmony baş məşqçisi Nuno Eşpiritu Santu ilə yollarını ayırdı

Qarabağ FK
Bu gün, 16:14

"Qarabağ" - "Turan Tovuz": Premyer Liqanın 11-ci tur matçının bileti 5 manatdan satışdadır

Digər
Bu gün, 16:09

Baku məktəblilər üçün ödənişsiz atletika təlimlərinə başlayıb

Futbol
Bu gün, 16:01

İspaniya Kubokunun oyunları Jesús de Miguelin vəfatı səbəbindən təxirə salındı

Futbol
Bu gün, 15:59

Neftçi, Kəpəzi qəbul edərək Murad Xaçayevin müdafiədə yaradacağı boşluqla başaverəcək

Futbol
Bu gün, 15:47

Vikinqin baş məşqçisi Arşeim: Sabaha qarşı maraqlı və gərgin oyun gözləyirik.

Futbol
Bu gün, 15:40

Xesus de Migel rəqibə toqquşub vəfat etdi

Futbol
Bu gün, 15:30

Azərbaycan Kubokunun II mərhələsində cəzalar və cərimələr təyin edildi

Futbol
Bu gün, 15:29

Barselonada dörd müdafiəçi zədəli, Hans-Diter Flik məlumat verdi

Futbol
Bu gün, 15:20

Asiya Kubokunun keçirilmə vaxtı 2027-ci ilin sonundan 2028-ci ilin başlanğıcına dəyişdirilib

Digər
Bu gün, 15:20

Kolbi Kovinqton UFC çempionu İslam Mahaçevin karyerasını başa vurmağı məsləhət gördü

Futbol
Bu gün, 15:01

Barselona, Aston Villa futbolçusu Joan Manzambi-yə maraq göstərir

Futbol
Bu gün, 15:00

Roma, Brahim Diaza görə lazımi təzminatı ödəməyə hazır: Transfer planları

Voleybol
Bu gün, 14:54

Çempionlar Liqasında Azərbaycan təmsilçiləri: "Xilasedici" debüt edir, "Turan" isə əsas mərhələ uğrunda savaşır

Olimpiada
Bu gün, 14:45

İkiqat Olimpiya çempionu Yelena İsinbayeva bank hesabı yenidən bloklanıb

Futbol
Bu gün, 14:40

Eneri Keyn: "Bavariya"ya keçmək karyeramda mühüm addım oldu

Futbol
Bu gün, 14:24

İspaniyada "Tenerife" hücumçusu Xesus de Miguel ağır zədə alaraq vəfat etdi

Futbol
Bu gün, 14:20

"Sabah"ın "Vikinq"ə qarşı Çempionlar Liqası görüşündə anşlaq olacaq

Futbol
Bu gün, 14:09

Kriştianu Ronaldu Junior ilk dəfə Portuqaliyanın U-17 millisinə dəvət alıb

Güləş
Bu gün, 14:06

Arseni Çoyev noyabr 2026 reytingində birinci pillədə

Futbol
Bu gün, 14:01

Azərbaycan hakimləri UEFA Avropa Liqasının 4-cü tur oyunlarında rəhbərlik edəcək

Futbol
Bu gün, 14:00

Teneifefin futbolçusu Xesus de Miçel Alameda müalicə aldığı xəstəxanada dünyasını dəyişib

Oxşar xəbərlər