Kriştiano Ronaldo bu günlərdə Səudiyyə Ərəbistanı Liqası oyununda "Əl-Nəsr"in Kərim Benzemanın "Əl-İttihad" klubuna 2:0 hesabı ilə qalib gəlməsinə kömək edib və 40 yaşlı portuqaliyalı da qol vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, PSJ-nin baş məşqçisi Luis Enrike Ronaldonun niyə hələ də karyerasını davam etdirdiyini açıqlayıb:
"O, pul üçün oynamır; onsuz da bu var. O, ehtiras və şöhrət üçün oynayır".
Oyundan sonra Kriştianunun özü sosial şəbəkədə belə yazıb: "Bu, Əl-Nəsr"dir! Biz beləyik!"
Deyəsən, Enrike haqlıdır.
Ronaldonun komandası 12 xal toplayıb və turnir cədvəlində birinci yeri təmin edib.