PSJ-nin baş məşqçisi Luis Enrike velosiped qəzasında qırılan körpücük sümüyündən əməliyyat olunduqdan sonra ilk dəfə mətbuat qarşısına çıxıb. Sport24.az xəbər verir ki, İspan mütəxəssis yeni imici ilə diqqət çəkib. Belə ki, saçını qırxdırıb.
Fransa nəhənginin çalışdırıcısı mətbuat konfransında yeni imicinə münasibət bildirməyib.
İspaniyalı mütəxəssis əməliyyatdan sonra komandasını məşqə çıxarmağa da artıq imkan tapıb. PSJ bu gün Fransa çempionatının 4-cü turu çərçivəsində "Lans"la qarşılaşacaq.
Qeyd edək ki, Enrikenin komandası ilk 3 turun hamısını qalib kimi başa vurub və turnir cədvəlinin zirvəsində qərarlaşıb.