19 yaşınafək futbolçular arasında Çexiya - Azərbaycan matçında çexiyalıların 3 qolunu Lui Buffon vurub.
İdman.Biz bildirir ki, qarşılaşma 6:1 hesabı ilə Çexiyanın qələbəsi ilə qurtarıb.
Lui Tomas Buffon İtaliya millisinin keçmiş qapıçısı Canluici Buffonun oğludur.
Qeyd edək ki, 17 yaşlı Lui Buffon anasının vətəni olan Çexiyanın aşağı yaş komandalarında çıxış edir.