Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
İdman.biz xəbər verir ki, ilk gündə bir matç baş tutacaq.
TNS "Petrokub"u qəbul edəcək. Bu duelin qalibi pley-offda Çempionlar Liqasının "Lüdoqorets" – "Qarabağ" cütünün uğursuzu ilə görüşəcək.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
13 avqust
21:30. TNS (Uels) – "Petrokub" (Moldova)
İlk oyun – 0:1
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin matçları avqustun 22-də və 29-da keçiriləcək.
İdman.biz