"Yuventus" klubu rəsmi saytında Luçano Spallettinin baş məşqçi təyin olunduğunu elan edib.
İdman.Biz bildirir ki, italyan məşqçinin müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Luçano Spallettinin son iş yeri 2023-cü ilin sentyabrından 2025-ci ilin iyun ayına qədər çalışdığı İtaliya milli komandası olub.
Bundan əvvəl o, "Napoli", "İnter", "Roma" və "Zenit"də çalışıb, "Napoli" klubu ilə çempion titulunu qazanıb.