"Los Anceles" "Fənərbaxça"dan icarəyə götürdüyü Cengiz Ünderlə bağlı qərar verib. Sport24.az xəbər verir ki, ABŞ klubu türk vinger üçün satınalma bəndini işə salmayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub Türkiyə millisinin üzvü üçün 25 milyon dollar ödəmək istəməyib.
Qeyd edək ki, "Los Anceles" Cengiz Ünderi bu ilin fevral ayında icarəyə götürüb. 27 yaşlı futbolçu MLS təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.