İtaliyanın "Napoli" klubunun və Slovakiya millisinin futbolçusu Stanislav Lobotka 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
"Report" "Sky Sport Italia"ya istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin A Seriyasında "Cenoa"ya qalib gəldikləri (2:1) matçda zədələnməsidir.
O, Slovakiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi növbəti oyunları buraxacaq.
Qeyd edək ki, Slovakiya millisi oktyabrın 10-da Şimali İrlandiya, üç gün sonra Lüksemburqla üz-üzə gələcək.