İngiltərə təmsilçisi "Liverpul"un müdafiəçisi Covanni Leoni ciddi zədə alıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, çarpaz bağlarını qopan 18 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.
O, İngiltərə Liqa Kubokunun III turunda "Sauthempton"la debüt (1:2) matçında zədələnib.
Qeyd edək ki, Covanni Leoni "Liverpul"a bu yay "Parma"dan (İtaliya) 35 milyon avroya keçib.
"Liverpul" zədə çarpaz bağlar ingiltərə