"Barselona" İngiltərə millisinin və "Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Qehini almaq variantını nəzərdən keçirir.
İdman.biz bildirir ki, futbolçu ötən yay "Liverpul"a keçməyə yaxın olsa da, son anda transfer reallaşmayıb.
Məlumata görə, Kataloniya klubu Qehiylə müqaviləni "Kristal Pelas"a heç nə ödəmədən imzalaya bilər, çünki onun "qartallar"la razılaşması 2026-cı ilin yayında başa çatır. Bununla belə, "Liverpul" və "Real Madrid" "Barselona" ilə bu oyunçu uğrunda rəqabət apara bilər.
Qehi 2021-ci ildən "Kristal Pelas"da çıxış edir. Bu mövsüm müdafiəçi bütün turnirlərdə altı matçda iştirak edib və bir qol vurub. Transfermarkt portalında təqdim edilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
İdman.biz