İngiltərənin "Liverpul" klubunun 18 yaşlı müdafiəçisi Covanni Leoni dizindən aldığı ciddi zədə səbəbindən əməliyyat olunub.
İdman.biz xəbər verir ki, futbolçu sosial şəbəkədə əməliyyatın uğurlu keçdiyini və tezliklə meydana qayıdacağını bildirib.
Leoni zədəsini İngiltərə Liqa kubokunda "Southampton"la debüt oyununda alıb.
Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasında 2026-cı il yanvarın 28-də "Qarabağ"la qarşılaşacaq.