"Liverpul"un İngiltərə çempionu titulunu qeydə etməsi zamanı xoşagəlməz hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, qələbəni qeyd edən azarkeşlərin üzərinə nəqliyyat vasitəsi hərəkət edib.
Avtomobil bir neçə nəfəri əzib. Hələlik yaralılar barədə məlumat verilməyib. Hadisə yerinə təcili tibbi yardım maşınları və polis cəlb olunub. İngiltərə mətbuatı bir nəfərin saxlanıldığını yazıb.
Qeyd edək ki, "Liverpul" tarixində 20-ci dəfə İngiltərə çempionu olub.
İdman.biz