top
“Liverpul”un baş məşqçisi müdafiəçisinin “Real”a mümkün keçidini Cerrard nümunəsi ilə şərh edib Report.az
05 yanvar 2025, 03:57
- ↺ +

“Liverpul”un baş məşqçisi müdafiəçisinin “Real”a mümkün keçidini Cerrard nümunəsi ilə şərh edib

"Liverpul"un baş məşqçisi Arne Slot "Real Madrid"i cinah müdafiəçisi Trent Aleksander-Arnoldu transfer etmək cəhdlərinin asan başa gəlməyəcəyini bildirib və buna misal olaraq "kral klubu"nun "qırmızılar"ın əfsanəvi kapitanı Stiven Cerrardı Mersisayddan Madridə gətirmək cəhdlərinin uğursuzluğunu göstərib.

"Report" "Liverpool Echo"ya istinadən xəbər verir ki, bunu niderlandlı mütəxəssis jurnalistlərin İspaniya klubunun "adətən öz istədiyini əldə etməsinin" onda narahatlıq doğurub-doğurmadığı barədə sualını cavablandırarkən deyib.

"Bir oyunçu (Cerrard – red.) var idi, onu, həqiqətən də, istəyirdilər, lakin o getmədi. Onu məndən yaxşı tanıyırsınız. Bax belə alındı", – Slot vurğulayıb.

"Liverpul"un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard illər öncə "Real Madrid" və "Çelsi"nin hədəfində olsa da, ingiltərəli futbolçu uşaqlıq komandasına sadiq qalmağı seçib.

"Real" və "Çelsi"dən təkliflərim olub, lakin mənim ürəyim həmişə "Liverpul"la olub. Heç vaxt qərarımdan peşman olmamışam. Keçmişə qayıda bilsəm, eynisini təkrarlayaram", – hazırda Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandasını çalışdıran Stiven Cerrard ötən il yerli nəşrə müsahibəsində açıqlayıb.

Eyni zamanda, Slot Aleksander-Arnoldun, eləcə də müqavilələri gələn yay başa çatan Məhəmməd Salah və Vircil van Daykla bağlı transfer şayiələrinin diqqəti yayındıran amil olmadığını söyləyib.

"Bunlar hamısı "əgər, əgər, əgər"dir. Mənim cavabım – o bizimlə birgədir və bütün diqqəti bizimlədir", – o, cinah müdafiəçisinin mümkün keçidini şərh edib.

"Bunu siz "Vest Hem" ilə oyunda və əvvəlki oyunlarda gördünüz", – o əlavə edib.

Qeyd edək ki, mövsümün ilk yarısında yüksək yüksək nəticələr əldə edən "Liverpul" istər yerli çempionatda, istərsə də Çempionlar Liqasının (ÇL) liqa mərhələsində şəriksiz liderdir. Bundan başqa, ÇL-də maksimum nəticə əldə etmiş Arne Slotun yetirmələri "Real Madrid" üzərində inamlı qələbə qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:53

Elvin Yunuszadə: “Türkiyədə futbola münasibət tamamilə fərqlidir”

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Oxşar xəbərlər