İngiltərə Liqa Kubokunun IV turunda "Liverpul" doğma meydanda "Kristal Pelas"a 0:3 hesabı ilə uduzub.
İdman.Biz xəbər verir ki, "Opta" analitik şirkətinin hesablamalarına əsasən, bu nəticə "Liverpul"un son 91 ildə evdəki ən ağır kubok məğlubiyyətidir.
Sonuncu dəfə "qırmızılar" bu hesabla 1934-cü ildə "Bolton"a qarşı İngiltərə Kubokunda uduzmuşdular.
Qeyd edək ki, bu, "Liverpul"un bütün turnirlərdə son yeddi oyunda altıncı məğlubiyyəti olub. Arne Slotun komandası bundan əvvəl Premyer Liqada ardıcıl dörd, Çempionlar Liqasında iki görüşdən birində, eləcə də İngiltərə Liqa Kubokunun oyununda uduzub.