"Liverpul" İngiltərə Premyer Liqası tarixində rekord məbləğdə sponsorluq müqaviləsi imzalamağa hazırlaşır.
Bu barədə İdman.Biz "Sun Sport"a istinadən bildirir.
Mənbənin məlumatına görə, klub formada loqotip yerləşdirmək üçün ildə 70 milyon funt-sterlinq qazanmağı hədəfləyir.
"Liverpul"un hazırkı sponsoru "Standard Chartered" ilə 2027-ci ilin yayına qədər müqavilə bağlanıb, lakin tərəflər artıq danışıqlar aparır və tezliklə yeni razılığa gələ bilərlər.