Çempionlar Liqası ümumi mərhələsinin 4-cü turunda "Liverpul" və "Real Madrid" arasındakı oyun başa çatıb.
İdman.Biz bildirir ki, İngiltərədə keçirilən oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.
61-ci dəqiqədə mersisaydlıların yarımmüdafiəçisi Aleksis Makallister matçın yeganə qolunu vurub.
Bundan əvvəlki turda mersisaydlılar "Ayntraxt Frankfurt"u 5-1 hesabı ilə darmadağın ediblər. "Kral klubu" isə "Yuventus""u 1-0 hesabı ilə məğlub edib.
Növbəti turda Arne Slotun komandası PSV (26 noyabr), Xabi Alonsonun klubu isə "Olimpiakos"la (26 noyabr) qarşılaşacaq.